Menyu

Suriya lideri Rusiya-Ərəb sammitində iştirak etmək üçün Moskvaya səfər edəcək

Şəfa Hüseynli
Suriya lideri Rusiya-Ərəb sammitində iştirak etmək üçün Moskvaya səfər edəcək
1 dəq oxu

Oktyabrın 15-də keçiriləcək birinci Rusiya-Ərəb sammitində iştirak etmək üçün Moskvaya gələcək nümayəndə heyətinə Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şaraa başçılıq edəcək. 

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Suriyanın yeni hakimiyyət orqanlarının Rusiya Federasiyasından Rusiya-Ərəb sammitinə dəvət alacağını bildirmişdi. Rusiya Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, demək olar ki, bütün ərəb ölkələri tədbirə maraq göstərib.


Şəfa Hüseynli

Əlaqəli Xəbərlər