Menyu

İsrail Yəmənin paytaxtına hava zərbəsi endirib - YENİLƏNİB 3

Əsəd Abbaslı
İsrail Yəmənin paytaxtına hava zərbəsi endirib - YENİLƏNİB 3

İsrail Hərbi Hava Qüvvələrinin Yəməndə husilərə aid obyektlərə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb, 131 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə husilər tərəfindən formalaşdırılmış hökumətin Səhiyyə Nazirliyi məlumat yayıb.

"İsrailin paytaxt Səna və Əl-Cauf vilayətinə endirdiyi hava zərbələri nəticəsində 35 nəfər ölüb, 131 nəfər yaralanıb", - məlumatda qeyd olunub.

21:00

Yəməndə 9 nəfər həlak olub, 118 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Yəmən Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrailin Səna şəhərinə endirdiyi aviazərbələr nəticəsində azı 9 nəfər həyatını itirib, 118 nəfər isə yaralanıb.

20:07

İsrail Müdafiə Qüvvələri Yəməndə husilərin mövqelərinə zərbələr endirdiyini təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Qeyd olunur ki, zərbə yaraqlıların toplaşdığı hərbi düşərgələrə, qruplaşmanın təbliğat şöbəsinin qərargahına, eləcə də həm Sənada, həm də paytaxtın şimalında yerləşən ərazidəki yanacaq anbarına endirilib.

18:14

İsrail ordusu Ənsar Allah hərəkatının (husilərin) nəzarətində olan Yəmənin paytaxtı Sənaya hava zərbəsi endirib.

Operativ Media xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb .

Konkret hansı obyektlərə hücum edildiyi barədə hələlik məlumat verilməyib.

Ənsar Allah ordusunun sözçüsü Yəhya Sariyanın sözlərinə görə, husilərin hava hücumundan müdafiə sistemləri İsrail hava qüvvələrinin hücumunu zərərsizləşdirməyə çalışır.

“Hazırda hava hücumundan müdafiə sistemləri ölkəmizə qarşı aqressiv hərəkətlər həyata keçirən İsrail təyyarələri ilə qarşı-qarşıyadır”, - o bildirib.

Teqlər:

"\u0130srail Y\u0259m\u0259nin paytaxt\u0131na hava z\u0259rb\u0259si endirib - YEN\u0130L\u018fN\u0130B 3"

Əlaqəli Xəbərlər