Pakistan və Azərbaycan xarici işlər nazirləri arasında telefon danışığı olub
Əsəd Abbaslı
Pakistanın Baş nazirinin müavini və Xarici işlər naziri Məhəmməd İshaq Dar bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.
Operativ Media xəbər verir ki, tərəflər ikitərəfli əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələlər və Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Baş nazir Şahbaz Şəriflə Prezident İlham Əliyev arasında keçirilmiş görüşün nəticələrini müzakirə ediblər.
Nazirlər həmçinin regional və beynəlxalq vəziyyəti nəzərdən keçirib, Azərbaycan və Pakistan arasında çoxşaxəli tərəfdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net