Lukaşenkonun əfv etdiyi bütün məhbuslar Belarus ərazisini tərk ediblər
Şəfa Hüseynli
ABŞ prezidentinin və digər dövlət başçılarının xahişi ilə xoşməramlılığın təzahürü olaraq və humanizm prinsiplərinə əsaslanaraq Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus Respublikası ərazisində casusluqda, ekstremist və terror fəaliyyətlərində iştirakda və digər cinayət əməllərində təqsirli bilinən bir sıra xarici vətəndaşların əfv edilməsi barədə qərar qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 14 əcnəbi vətəndaş əfv olunub.
Onlardan altısı Litva, ikisi Latviya, Polşa və Almaniyadan, biri Fransadan, biri isə Böyük Britaniyadandır.
Şəfa Hüseynli
Teqlər:
"Luka\u015fenkonun \u0259fv etdiyi b\u00fct\u00fcn m\u0259hbuslar Belarus \u0259razisini t\u0259rk edibl\u0259r"