Menyu

Qazaxıstanda ağır yol qəzası baş verib

Əsəd Abbaslı
Qazaxıstanda ağır yol qəzası baş verib
1 dəq oxu

Qazaxıstanda ölümlə nəticələnən yol qəzası baş verib.

Operativ Media xəbər verir ki, yol qəzası Manqistauda qeydə alınıb.

Baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində səkkiz nəfər hadisə yerində, daha iki nəfər isə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Sürücü və daha iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, ilkin istintaq aparılır.

Əlaqəli Xəbərlər