Ana səhifə / Dünya / İsveç Ukraynaya yardımı artıracaq İsveç Ukraynaya yardımı artıracaq 11.09.2025, 22:00 Əsəd Abbaslı İsveç hökuməti bu il Ukraynaya dəstəyi artıraraq, azı 10 milyard kron (təxminən 900 milyon dollar) göndərmək niyyətində olduğunu açıqlayıb. Operativ Media xəbər verir ki, ötən il bu yardım 8 milyard kron (təxminən 720 milyon dollar) təşkil edib. Xarici ticarət və beynəlxalq əməkdaşlıq naziri Benjamin Dusa bunun İsveçin mənəvi borcu adlandırıb. Yeni yardım təkcə fərdi layihələri deyil, həm də səhiyyə və məktəblərin fəaliyyətini təmin etmək üçün Ukrayna büdcəsinə birbaşa köçürüləcək. Teqlər: "\u0130sve\u00e7 Ukraynaya yard\u0131m\u0131 art\u0131racaq"