Menyu

Polşa, Latviya və Litva Zapad-2025 təlimlərini müşahidə etmək dəvətini rədd ediblər

Şəfa Hüseynli
Polşa, Latviya və Litva Zapad-2025 təlimlərini müşahidə etmək dəvətini rədd ediblər
1 dəq oxu

 Polşa, Latviya və Litva Belarusun Zapad-2025 təlimlərini müşahidə etmək dəvətini qəbul etməyib.

Operativ Media xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç məlumat verib.

“Təəssüf ki, bizim təlimlərin gedişatını müşahidə etmək dəvətimiz nə Polşa, nə Litva, nə də Latviya tərəfləri tərəfindən qəbul edilmədi”, - Volfoviç qeyd edib.

"Təlim üçün qarşıya qoyulan məqsədlər, ilk növbədə, İttifaq dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərin işlənib hazırlanmasıdır. Təlim Qərb qonşularımız və Qərb tərəfdaşlarımız üçün heç bir təhlükə yaratmır", - o deyib.

Əlaqəli Xəbərlər