Putin, Tramp və Çinin baş naziri ASEAN sammitində iştirak edəcək
Şəfa Hüseynli
Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Çinin baş naziri Li Çianq oktyabrda Kuala-Lumpurda keçiriləcək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 47-ci sammitində iştirak edəcəklər.
Operativ Media xəbər verir ki, bu barədə Malaziyanın baş naziri məlumat yayıb.
Bildirilib ki, assosiasiya sammitində Braziliya lideri Lula da Silva və Cənubi Afrika prezidenti Siril Ramafosa da iştirak edəcəklərini təsdiqləyiblər.
Qeyd edək ki, ASEAN 1967-ci ildə yaradılıb və hazırda Cənub-Şərqi Asiyanın on ölkəsini - Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippini birləşdirir.
Şəfa Hüseynli
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net