Menyu

Zaxarova: Moskva İrəvan və Bakıdan "3+3" formatında görüş üçün əməli addımlar atacağını gözləyir

Şəfa Hüseynli
Zaxarova: Moskva İrəvan və Bakıdan "3+3" formatında görüş üçün əməli addımlar atacağını gözləyir
1 dəq oxu

Moskva İrəvan və Bakının “3+3” formatında görüş üçün əməli addımlar atacağını gözləyir. 

Operativ Media  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz erməni və azərbaycanlı tərəfdaşlarımızdan “3+3” formatında ölkələrin xarici işlər nazirlikləri rəhbərlərinin növbəti görüşünün yeri və tarixləri ilə bağlı tezliklə razılığa gəlmək üçün əməli addımlar gözləyirik”, - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, 3+3 regional əməkdaşlıq platforması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Cənubi Qafqazla bağlı digər mövzuların müzakirəsi üçün yaxşı platformadır.


Şəfa Hüseynli

Əlaqəli Xəbərlər