Menyu

Yaponiya tarixində ən güclü tornado qeydə alınıb

Şəfa Hüseynli
Yaponiya tarixində ən güclü tornado qeydə alınıb

Yaponiya tarixində ən güclü tornado  Şizuoka prefekturasında qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Tornadonun intensivlik şkalası üzrə 3-cü kateqoriya olduğu bildirilir.

Bildirilib ki, sürəti saatda 270 kilometrə çatan küləklər 89 nəfərin xəsarət almasına və böyük dağıntılara səbəb olub. Makinohara və Yoşida rayonları xüsusilə ağır zərbə alıb, maşınlar aşıb, 1200-dən çox bina və tikili zədələnib.

Qeyd edək ki, Yaponiyada 1961-ci ildən bəri 13 tornado baş verib ki, bu da indiyədək qeydə alınan ən güclü təbii fəlakətdir.


Şəfa Hüseynli

Teqlər:

"Yaponiya tarixind\u0259 \u0259n g\u00fccl\u00fc tornado qeyd\u0259 al\u0131n\u0131b"

Əlaqəli Xəbərlər