Aİ Rubinyan-Kılıç görüşünü alqışlayıb
Əsəd Abbaslı
Avropa İttifaqı İrəvanda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında keçirilən 6-cı görüşü müsbət qarşılayıb.
Operativ Media xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono “X” hesabında bildirib.
“Bu günün dinamikası və açıqlamaları ruhlandırır”, - o qeyd edib.
Qrono əlavə edib ki, Avropa İttifaqı regiondakı tərəfdaşlar arasında normallaşma və sülh proseslərini yaxından izləyir və onların davamlı sülh, regional əməkdaşlıq, artan əlaqə və barışıq istiqamətində səylərini dəstəkləməyə davam edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net