Menyu

"Şərq gözətçisi" əməliyyatı başlayıb

Əsəd Abbaslı
"Şərq gözətçisi" əməliyyatı başlayıb

NATO-nun alyansın şərq cinahında təhlükəsizliyi gücləndirmək məqsədi daşıyan "Şərq gözətçisi" əməliyyatı başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə NATO-nun "X" sosial şəbəkəsindəki hesabında məlumat yer alıb.

"Hərbi əməliyyat hava məkanının pozulmasına cavab olaraq başlayıb və NATO-nun şərq cinahda mövqelərini gücləndirmək məqsədi daşıyır. Müttəfiqlər artıq qoşun və imkanlarını yerləşdirməyə başlayıblar", - paylaşımda deyilir.

Xatırladaq ki, daha əvvəl NATO-nun Baş katibi Mark Rutte əməliyyatın yaxın günlərdə başlayacağını bildirmişdi.

Qərar Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozması ilə bağlı insidentdən sonra verilib.

Əməliyyatda alyansa üzv bir sıra dövlətlər, o cümlədən Danimarka, Fransa, Böyük Britaniya və Almaniya iştirak edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər