Menyu

Varşavada prezident sarayı üzərində uçan dron zərərsizləşdirilib

Əsəd Abbaslı
Varşavada prezident sarayı üzərində uçan dron zərərsizləşdirilib

Polşa Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Varşavada hökumət binaları və prezident sarayı (Belvedere) üzərində uçan naməlum pilotsuz uçan aparatı zərərsizləşdirib və bununla bağlı iki Belarus vətəndaşı saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.

"Dövlət Təhlükəsizliyi Xidməti indicə hökumət binaları (Parkovaya) və Belvedere sarayı üzərində uçan pilotsuz uçan aparatı zərərsizləşdirib. İki Belarus vətəndaşı saxlanılıb. Polis hadisəni araşdırır", - Tusk X-da yazıb.

Respublika Daxili İşlər Nazirliyinin mətbuat katibi Karolina Qaletskaya faktı təsdiqləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər