İrəvanda 12 nəfər qidadan zəhərlənib
Əsəd Abbaslı
İrəvanda fəaliyyət göstərən "Lav-na Şaurma" iaşə müəssisəsində 12 nəfər qidadan zəhərlənib.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Yoluxucu Xəstəliklər Mərkəzi məlumat yayıb.
Bildirilir ki, kəskin bağırsaq infeksiyası diaqnozu ilə 12 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə ilə əlaqədar olaraq Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi müəssisədə yoxlama aparıb. Müayinələr zamanı restoranın gigiyena normalarına ciddi şəkildə əməl etmədiyi müəyyən edilib.
Qeyd edilir ki, aşkarlanan pozuntular səbəbindən müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, sahibkara nöqsanları aradan qaldırmaq üçün müəyyən müddət verilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net