Menyu

Kaya Kallas: Putin Qərbin qətiyyətini sınayır

Əsəd Abbaslı
Kaya Kallas: Putin Qərbin qətiyyətini sınayır

Bu gün Rusiya hərbi təyyarələrinin Estoniyanın hava məkanını pozması son dərəcə təhlükəli təxribatdır.

Operativ Media xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə “X”də paylaşım edib.

Kaya Kallas bildirib ki, bu, son günlərdə Aİ hava məkanının üçüncü belə pozulmasıdır və regionda gərginliyi daha da artırır:

“Bu, son günlərdə Aİ hava məkanının üçüncü belə pozulmasıdır və regionda gərginliyi daha da artırır. Aİ Estoniya ilə tam həmrəydir. Mən Estoniya hökuməti ilə sıx əlaqə saxlayıram. Biz üzv dövlətlərimizin müdafiəsini Avropa resursları ilə gücləndirməkdə davam etdirəcəyik. Putin Qərbin qətiyyətini sınayır. Biz bu barədə zəiflik göstərməməliyik”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Rusiyanın hərbi təyyarələri bu gün Estoniyanın hava məkanını pozub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər