Menyu

ABŞ-də yeni viza rüsumu mövcud viza sahiblərinə şamil edilməyəcək

Əsəd Abbaslı
ABŞ-də yeni viza rüsumu mövcud viza sahiblərinə şamil edilməyəcək

ABŞ-də H-1B vizaları üçün tətbiq olunacaq yeni 100.000 dollarlıq rüsum bazar günü qüvvəyə minir.

Operativ Media xəbər verir ki, bu barədə Reuters Ağ Ev-ə istinadən məlumat yayıb.

Məlumata görə, hər bir ərizə (petisiya) üzrə rüsum tutulacaq, lakin bu mövcud viza sahiblərinin ölkəyə yenidən girişində tətbiq olunmayacaq.

"Bu illik rüsum deyil. Bu, yalnız ərizəyə tətbiq olunan birdəfəlik ödənişdir," – Ağ Evin sözçüsü Karolin Leavitt bildirib.

Leavitt bildirib ki, hazırda ölkə xaricində olan H-1B viza sahiblərindən ABŞ-yə qayıtmaq üçün 100.000 dollar alınmayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər