Menyu

Avstraliya, Kanada və Portuqaliya Fələstinin müstəqilliyini tanıyıb - YENİLƏNİB

Əsəd Abbaslı
Avstraliya, Kanada və Portuqaliya  Fələstinin müstəqilliyini tanıyıb - YENİLƏNİB

Portuqaliya Böyük Britaniya, Kanada və Avstraliyaya qoşularaq Fələstin dövlətini rəsmən tanıyıb.

Operativ Media xəbər verir ki, bu barədə "France 24" Portuqaliyanın xarici işlər naziri Paulo Ranjelə istinadən məlumat yayıb.

Portuqaliya Fələstin dövlətini rəsmən tanıyan sonuncu Aİ ölkəsi olub.

Qeyd edək ki, Böyük Britaniya, Kanada və Avstraliya Fələstin dövlətini rəsmən tanıyıb.

İsrailin Baş naziri Benyamin Netanyahu daha sonra vurğulayıb ki, Təl-Əviv BMT də daxil olmaqla, bütün meydanlarda Fələstin dövlətçiliyinin tanınmasına qarşı mübarizə aparacaq.

17:14

Avstraliya və Kanada rəsmi olaraq Fələstin dövlətini tanıyıblar.

Operativ Media xəbər verir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer də eyni bəyanatla çıxış edəcək.

ABŞ Prezidenti Donald Trampın administrasiyası bu addıma qarşı çıxıb, İsrail də qərarı kəskin tənqid edib.

Qeyd edək ki, Fransa, Böyük Britaniya, Portuqaliya, Kanada, Avstraliya və Belçika da daxil olmaqla bir sıra Qərb ölkələri yay ərzində Fələstini tanıyacaqlarını bildirmişdilər.

Teqlər:

"Avstraliya Kanada v\u0259 Portuqaliya F\u0259l\u0259stinin m\u00fcst\u0259qilliyini tan\u0131y\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər