Menyu

Cənubi Koreyanın xarici işlər naziri amerikalı və yaponiyalı həmkarları ilə görüşəcək

Əziz Əzizli
Cənubi Koreyanın xarici işlər naziri amerikalı və yaponiyalı həmkarları ilə görüşəcək

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun yaponiyalı həmkarı Takeşi İvaya və ABŞ dövlət katibi Marko Rubio ilə üçtərəfli görüş keçirəcək.

Operativ Media xəbər verir ki, bu barədə "Yonhap" Xəbər Agentliyi Cənubi Koreya Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.

Görüş sentyabrın 22-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq. Xarici işlər nazirlərinin əvvəlki üçtərəfli görüşü iyul ayında Malayziyada ASEAN tədbirləri çərçivəsində təşkil olunmuşdu. Həmin vaxt Ço Hyunun namizədliyi parlamentdə hələ yekunlaşmadığı üçün Cənubi Koreyanı xarici işlər nazirinin müavini Park Yonq-cu təmsil etmişdi.

KXDR Ali Xalq Assambleyasının növbəti sessiyasında çıxış edən dövlət başçısı Kim Çen In bəyan edib ki, Vaşinqton Xalq Respublikasının nüvəsizləşdirilməsi cəhdindən əl çəkərsə, ABŞ ilə dialoqa hazırdır. Seulla münasibətlərdən danışan Kim Çen In qeyd edib ki, KXDR hakimiyyətinin “Koreya Respublikası ilə müzakirə edəcək heç bir mövzusu yoxdur” və Pxenyan Koreya yarımadasının birləşməsinə çalışmayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər