Menyu

Bolqarıstanda hərbi nəqliyyat aviasiya təlimləri başlayır

Şəfa Hüseynli
Bolqarıstanda hərbi nəqliyyat aviasiya təlimləri başlayır
1 dəq oxu

Bolqarıstanda “European Spartan Exercise 2025” beynəlxalq hərbi nəqliyyat aviasiya təlimi başlayır.

Operativ Media xəbər verir ki, bu barədə "Bolqarıstan Teleqraf Agentliyi" məlumat yayıb.

Bildirilib ki, Bolqarıstan, İtaliya, İspaniya, Yunanıstan və Litva Hərbi Hava Qüvvələrinin aviasiya ekipajlarının uçuşları oktyabrın 3-dək Bezmer aviabazasının yaxınlığında davam edəcək.

Təlimlərə taktiki yanaşmalar, alçaq hündürlükdə uçuşlar, taktiki uçuşlar, tibbi təxliyələr daxildir. Uçuşları Sparta hərbi-nəqliyyat təyyarələri ilə yanaşı, çoxməqsədli Casa C-295 təyyarələri də həyata keçirəcək.


Şəfa Hüseynli

Əlaqəli Xəbərlər