Menyu

İndoneziya 2028-ci ilə qədər paytaxtını Nusantaraya köçürməyi planlaşdırır

Şəfa Hüseynli
İndoneziya 2028-ci ilə qədər paytaxtını Nusantaraya köçürməyi planlaşdırır
1 dəq oxu

 İndoneziya hakimiyyəti paytaxtın Cakartadan Nusantaraya köçürülməsi prosesini 2028-ci ilə qədər başa çatdırmağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə İndoneziyanın Prezident administrasiyasının rəhbəri Məhəmməd Kodari bildirib.

O qeyd edib ki, İndoneziya Prezidenti Prabovo Subiantonun göstərişinə uyğun olaraq, bütün zəruri dövlət binalarının tikintisi 2028-ci ilə qədər başa çatdırılacaq.

"Bu yeni paytaxta həqiqətən dövlət hakimiyyəti mərkəzinin standartlarına cavab verməyə imkan verəcək", -deyə Kodari bildirib.


Şəfa Hüseynli

Əlaqəli Xəbərlər