Menyu

Zelenski: Rus işğalçılarına dəqiq zərbələr endiririk

Əsəd Abbaslı
Zelenski: Rus işğalçılarına dəqiq zərbələr endiririk
1 dəq oxu

“Ukraynanın uzaqmənzilli dronları işğal olunmuş Krımda rus işğalçılarına dəqiq zərbələr endirir və logistikanı sıradan çıxarır”.

Operativ Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda keçirilən Krım Platformasının sammitində deyib.

Zelenski qeyd edib ki, Ukraynanın zərbələrinin məqsədi Rusiyanın Krımı böyük hərbi bazaya çevirməsinin qarşısını almaqdır:

“Biz bunu xalqımızın həyatını qorumaq üçün edirik. Bizim uzaqmənzilli pilotsuz uçuş aparatlarımız dəqiq zərbələr endirir və Rusiya logistikasına təzyiqimiz öz nəticəsini verir”.

Sentyabrın 23-nə keçən gecə Ukrayna ordusu işğal olunmuş Krımdakı Kaça aerodromunda iki təyyarəni vurub.

Əlaqəli Xəbərlər