Şeremetyevo hava limanında “Rossiya Hava Yolları”na məxsus təyyarə digər təyyarə ilə toqquşub.
Operativ Media xəbər verir ki, bu barədə ''TASS" məlumat yayıb.
Təyyarə havaya qalxmağa hazırlaşarkən uçuş-enmə zolağında Hainan Hava Yollarına məxsus Airbus A330 təyyarəsi ilə toqquşub. İlkin məlumata görə, “Rossiya” təyyarəsinin qanadı digər təyyarənin idarəetmə panelinə toxunub.
Sərnişinlər hava limanının aerovağzal binasına aparılıb, sonra onlara əvəzedici təyyarə verilib. Hazırda texniki xidmət işçiləri zədələnmiş təyyarəyə baxış keçirirlər.
Şəfa Hüseynli
Teqlər:
"Rusiyada iki s\u0259rni\u015fin t\u0259yyar\u0259si toqqu\u015fub"