Aİ səfirləri Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə edəcək
Əsəd Abbaslı
Sentyabrın 26-da Aİ-nin Daimi Nümayəndələr Komitəsindəki səfirləri Brüsseldə 19-cu anti-Rusiya sanksiyalar paketinin müzakirəsinə başlayacaqlar.
Operativ Media xəbər verir ki, bu barədə “EUObserver” portalı mənbələrə istinadla məlumat yayıb.
Rusiya Federasiyasına qarşı 19-cu sanksiyalar paketi çərçivəsində Avropa Komissiyası Rusiya, Hindistan və Çin müəssisələri üçün ixrac nəzarətinin gücləndirilməsini, həmçinin bəzi kimyəvi maddələrin, filizlərin, metalların və duzların ixracına qadağa qoyulmasını təklif edəcək.
Avropa Komissiyası Rusiyanın “Rosneft” və “Qazprom Neft” şirkətlərinin iştirakı ilə bütün əməliyyatlara tam qadağa qoyulmasını, bir sıra Rusiya və digər ölkələrin banklarına qarşı məhdudiyyətlərin sərtləşdirilməsini təklif edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net