“Türk Hava Yolları" bütün təyyarələrini yeniləyəcək
Şəfa Hüseynli
“Türk Hava Yolları” (THY) aviaşirkəti 2035-ci ilə qədər inventarını tamamilə yeni nəsil təyyarələrlə təhciz etməyi hədəfləyir.
Operativ Media xəbər verir ki, bununla bağlı aviaşirkət məlumat yayıb.
Məlumtda qeyd edilib ki, THY İdarə Heyəti 2029–2034-cü illər arasında təhvil alınmaq şərti ilə Amerika təyyarə istehsalçısı “Boeing”dən 75 ədəd “B-787-9” və “B-787-10” tipli təyyarənin alınmasına qərar verib.
Açıqlamada, həmçinin 150 ədəd “737-8/10 MAX” tipli təyyarənin alınması məsələsində də “Boeing” ilə aparılan danışıqların tamamlandığı qeyd olunub. Bu sifarişlərin dəqiqləşməsi mühərrik istehsalçısı “CFM International” ilə aparılan danışıqların uğurla başa çatması nəticəsində mümkün olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net