BMT Baş Assambleyasının iclasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı etirazlarla qarşılanıb.
Operativ Media xəbər verir ki, Netanyahu tribunaya qalxdığı anda bir sıra nümayəndə heyətləri zalı tərk edib, zaldakıların bir hissəsi isə uzun müddət narazılıq səsləri ilə reaksiya göstərib.
Zalı tərk edənlər arasında çoxlu sayda ərəb ölkələrinin təmsilçiləri olub.
Bəzi nümayəndə heyətləri isə ümumiyyətlə İsrail baş nazirinin çıxışına qatılmayıb.