Menyu

Orban: Budapeşt enerji siyasətində öz maraqlarını rəhbər tutacaq

Əsəd Abbaslı
Orban: Budapeşt enerji siyasətində öz maraqlarını rəhbər tutacaq

Macarıstan Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın tədarüklərdən asılılığı azaltmağa çağırışına baxmayaraq, ölkəsinin Rusiya nefti və qazını idxal etməyə davam edəcəyini bildirib.

Bu barədə Operativ Media xəbər verir.

Dövlət radiosuna verdiyi müsahibədə o vurğulayıb ki, dənizə çıxışı olmayan dövlət üçün boru kəməri tədarüklərindən imtina edilməsi hasilatı 4 faiz azaldaraq iqtisadiyyata ziyan vurardı.

Orbanın sözlərinə görə, Budapeşt enerji siyasətində öz maraqlarını rəhbər tutacaq və ABŞ-ın tövsiyələrinə əməl etməyə borclu deyil.

“Macarıstan suveren ölkədir və özü qərar verir”, - deyə Orban Trampın Budapeşti Rusiya neftindən imtina etməyə inandıra biləcəyi ilə bağlı sözlərinə cavab verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər