Türküstanda beynəlxalq avtomobil daşımaları üzrə Qazaxıstan-Türkiyə birgə komissiyasının iclası keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qazaxıstan və Türkiyə avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra mühüm addımlar barədə razılığa gəliblər:
1. Malların sərbəst tranziti – tərəflər tranzit daşımalara icazə sisteminin ləğvi və sərbəst tranzitə keçid haqqında razılığa gəliblər. Hökumətlərarası sazişə düzəlişlər edilənə qədər qeyri-məhdud sayda tranzit blankları dəyişdiriləcək.
2. Türkiyə dəniz limanlarına çıxış – Türkiyə Qazaxıstan daşıyıcılarına əvvəllər yalnız türk şirkətləri üçün mövcud olan yükləri öz dəniz limanlarında yükləmək və boşaltmaq imkanı verəcək.
3. İcazələrin rəqəmsallaşdırılması – cari ilin sonuna kimi ikitərəfli və tranzit daşımaların kağız daşıyıcısı olan icazə blankları elektron formata keçəcək. Xatırladaq ki, İİB-in Çin və Özbəkistanla icazə mübadiləsi də əvvəllər elektron formata keçib. Elektron formaların tətbiqi yükdaşıma prosesini xeyli asanlaşdırır və insan səhvini aradan qaldırır.
Şəfa Hüseynli