Menyu

Böyük Britaniya “dron divarı” qurmağı planlaşdırır

Əsəd Abbaslı
Böyük Britaniya “dron divarı” qurmağı planlaşdırır

Böyük Britaniya NATO-nun şərq sərhədlərini Rusiyanın hücumundan qorumaq məqsədilə “dron divarı” qurmağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Con Hili "The Telegraph"a açıqlamasında bildirib.

Məlumata görə, bu strategiyanın bir hissəsi olaraq Ukrayna ilə birgə “OKTOPUS layihəsi” çərçivəsində ucuz pilotsuz təyyarələr istehsal ediləcək.

Yeni PUA-lar Rusiya təyyarələri və pilotsuz aparatlarının NATO-nun şərq cinahına müdaxiləsinin qarşısını almaq üçün istifadə olunacaq.

Hili əlavə edib ki, bu dronlar Britaniya və Ukraynadakı istehsal texnologiyaları ilə kütləvi şəkildə hazırlanacaq və lazım olduqda NATO ölkələrində də yerləşdirilə biləcək.

Onun sözlərinə görə, sistem artıq İran "Şahed"lərinə qarşı effektivliyini sübut edib və digər variantlarla müqayisədə xeyli ucuzdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər