Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Şəfa Hüseynli
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Oktyabrın 18-də və 19-da ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Digər xəbərlər