Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Xəbərlər redaksiyası
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Oktyabrın 28-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Operativ Media xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 36, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Digər xəbərlər