Menyu

NİİM sürücülərə müraciət edib

Redaksiya
NİİM sürücülərə müraciət edib

Yağıntılı havalarda yola çıxmazdan əvvəl avtomobilin sazlığını yoxlayın.

Operativ Media xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Yağıntılı hava şəraitində texniki nasaz nəqliyyat vasitəsi ilə hərəkət etmək paytaxt yollarında hərəkət intensivliyinə təsir göstərir. Belə havalarda nasaz avtomobillərin yolda qalması süni sıxlıqların yaranmasına gətirib çıxarır. Nəticədə də digər nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranır, eyni zamanda qəza riski artır.

Mərkəz sürücülərə yola çıxmazdan əvvəl avtomobillərinin texniki vəziyyətini yoxlamalarını tövsiyə edir. Xüsusilə, təkərlərin vəziyyəti, əyləc sistemi, şüşə silənlərin işlək olması, həmçinin işıq sisteminin düzgün işləməsi önəmlidir.

Yağıntılı havalarda sürücülərin ehtiyatlı davranması, sürət həddinə və məsafəyə riayət etməsi, eləcə də nasazlıq baş verdikdə avtomobili yolun kənarına çəkməsi vacibdir. Bu, həm onların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.

Əlaqəli Xəbərlər