Menyu

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

Operativ Media
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

Noyabrın 1-də və 2-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər