Ötən gün cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Operativ Media
Noyabrın 3-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Operativ Media xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidməti məlumat yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.