Müəllimlərin saathesabı və yarımştatı ləğv edilir
Operativ Media

Saathesabı, yarımştat kimi yox, müəllim tamamilə daimi ştatda olacaq.
Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, daimi dərs yükü 18 saat olacaq: “Qalan zamanda müəllim şagirdlərlə işləyəcək. Sertifikasiyada yüksək bal toplayan müəllimlər bu sistemlə yüksək maaşla işləyəcək. Bu, məcburi olmayacaq. İstəməyən müəllimlər saathesabı sistemlə davam edə biləcək. Müəllimlərin orta aylıq əməkhaqqısının aşağı olmasının səbəbi saathesabı sisteminə görədir.