Menyu

Nazir: “Müəllim maaşları orta əməkhaqqından iki dəfə yüksək olmalıdır”

Operativ Media
Nazir: “Müəllim maaşları orta əməkhaqqından iki dəfə yüksək olmalıdır”

“Mövcud saatlıq ödəniş sistemi qalacaq, lakin biz alternativ olaraq tam-ştatlı müəllim modelini Azərbaycan məktəblərinə gətirmək üzərində çalışırıq”.

Operativ Media xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, əsas məqsəd müəllimin məktəb həyatının tamhüquqlu bir üzvü olduğunu hiss etməsidir:

“Yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq? Bütün bu məsələlərlə bağlı yaxın günlərdə geniş ictimai məlumatlandırma aparmağı planlaşdırıram. Xüsusi izah veriləcək ki, müxtəlif mülahizələrə və əsassız şərhlərə yer qalmasın”.

Emin Əmrullayev qeyd edib ki, əməkhaqqı ilə bağlı məsələlər kifayət qədər mürəkkəbdir:

“Hazırda üzərində işlədiyimiz yanaşmaya görə, tam ştatlı müəllimin maaşı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır. Çünki mövcud statistika çox zaman müəllimlərin 4–6 saatlıq dərs yükü əsasında aldığı maaşı ümumi göstəriciyə daxil edir və bu da yanlış təsəvvür yaradır. Eyni zamanda müəllimin maaşını artırmaq üçün yalnız əlavə dərs saatı götürməyə məcbur qalması doğru deyil və dəyişdirilməlidir”.

Nazir sonda vurğulayıb ki, məsələyə dair rəsmi açıqlamaları gözləmək lazımdır:

“Bu, yaxın günlərdə baş verəcək proses deyil. Konsepti məhz ona görə ictimaiyyətə təqdim etmişik ki, geniş və konstruktiv fikir mübadiləsi aparılsın”.

Əlaqəli Xəbərlər