Göyçayda 3 evdən oğurluq edən şəxs həbs edilib
Operativ Media
Göyçay rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Naməlum şəxs mənzildə olan 7 min manatdan artıq pul vəsaitini talayaraq ələ keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Operativ Media-ya bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş 29 yaşlı Elşən Fərzəliyev saxlanılıb.
Araşdırmalarla E.Fərzəliyevin rayon ərazində yerləşən daha iki evdən də oğurluq etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net