Menyu

Binəqədidə 13300 manatlıq oğurluq edənlər polis tərəfindən saxlanılıb

Operativ Media
Binəqədidə 13300 manatlıq oğurluq edənlər polis tərəfindən saxlanılıb
1 dəq oxu

Binəqədi rayonunda talama cinayəti baş verib. Rayonun Biləcəri qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 3000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlanmasını bildirib. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı R.Muradov müəyyən olunaraq saxlanılıb. 

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Nəsimi və Nərimanov rayonlarında yerləşən mağazalardan isə ümumi dəyəri 4300 manat olan iki ədəd mobil telefon və noutbuk oğurlamaqda şübhəli bilinən 5 nəfər- C.İsmayılov, A.Şanayev, T.Abdıyev, P.Fərziyev və R.Qurbanəliyev də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə saxlanılıblar. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər