Menyu

Nəsimi rayonunda oğurluq edənlər saxlanılıblar

Operativ Media
Nəsimi rayonunda oğurluq edənlər saxlanılıblar

Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib. Rayon sakini olan bir nəfər polisə müraciət edərək kirayə verdiyi evdə yaşayan şəxsin oradan məişət əşyalarını oğurlamasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 48 yaşlı E.Əliyev şübhəli şəxs qismində saxlanılıb. 

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Şöbə əməkdaşlarının rayon ərazisində keçirdikləri digər əməliyyat-axtarış tədbirlərilə isə bir nəfərə məxsus dəyəri 600 manat olan velosiped, eyni zamanda aptekdən oğurluq edən iki nəfər- 47 yaşlı O.Eyyubov və həmyaşıdı T.Həsənov da müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər