Menyu

Sumqayıtda ev və maşınlardan oğurluqlar edən şəxslər saxlanılıb

Operativ Media
Sumqayıtda ev və maşınlardan oğurluqlar edən şəxslər saxlanılıb

Sumqayıt şəhərində talama cinayətləri baş verib. Naməlum şəxslər gecə saatlarında vətəndaşların birinin evindən içərisində sənəd və bank kartları olan pul kisəsini, digər iki zərərçəkmişin avtomobillərindən isə planşet, maqnitofon və səsgücləndiricilər oğurlayıblar. Bu barədə polisə məlumat verilib.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb. 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı Ş.İsbatov, 21 yaşlı İ.Məlikov və 45 yaşlı E.Əvəzov saxlanılıblar. 

Hər üç fakt üzrə araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər