Menyu

Evdən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Operativ Media
Evdən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Paytaxtın Yasamal rayonunda evdən külli miqdarda oğurluq edilib. Vətəndaş polisə müraciət edərək 5000 manat dəyərində qızıl-zinət əşyası və 220 manat pulunun talandığını bildirib.  

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı S.Dadaşova müəyyən olunaraq saxlanıb. Araşdırmalarla onun noyabr ayının 1-dən 25-dək olan müddətdə xadimə kimi çalışdığı evdən hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib.

Əlaqəli Xəbərlər