Abşeronda oğurluq və soyğunçuluq edən şəxslər saxlanılıb
Operativ Media
Abşeron rayonunda soyğunçuluq hadisəsi olub. Zərərçəkən polisə müraciət edərək bildirib ki, naməlum şəxs Masazır qəsəbəsi ərazisində ona məxsus “Hyundai” markalı avtomobildən içərisində 1800 manat olan pul kisəsini açıq talama yolu ilə ələ keçirib.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qarayevi müəyyən edərək saxlayıblar.
Rayon ərazisində keçirilən digər tədbir zamanı isə Xırdalan şəhər sakininin velosipedini oğurlamaqda şübhəli bilinən, keçmişdə də məhkum edilmiş 35 yaşlı R.Abbasov da tutulub.