Menyu

Şahin Məlikov: "Hazırda Şəkidə 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir"

Nərmin Qocamanlı
Şahin Məlikov: "Hazırda Şəkidə 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir"

Hazırda Şəki şəhərində 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir

Operativ Media-nın Şəkiyə ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin Rəisi Şahin Məlikov bildirib.

“Şəki şəhərində hazırda 1 ədəd 5 ulduzlu, 6 ədəd 3 ulduzlu və 1 ədəd 2 ulduzlu hotel fəaliyyət göstərir. Digər müəssisələr isə ulduz kriteriyasına cavab vermədikləri üçün təsnifat almayıblar”, - deyə o, qeyd edib.

Bildirilib ki, ulduz təsnifatı meyarları dinamik xarakter daşıyır. Bu səbəbdən ulduz almayan yerləşmə obyektləri xidmət və infrastrukturda dəyişikliklər etdikdən sonra yenidən müraciət edərək ulduz kateqoriyası əldə edə bilərlər.

Məlumata görə, Şəkidəki 42 yerləşmə müəssisəsində ümumi nömrə fondu 830-u keçir ki, bu da şəhərdə turizmin inkişaf etdiyini göstərir.

Əlaqəli Xəbərlər