"CloudFlare"də yaranan problem aradan qaldırılıb-YENİLƏNİB

Bu gün “Cloudflare”in qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə “Cloudflare”xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib.
Operativ Media-ya bu barədə Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Dayanmalara səbəb kimi “Cloudflar”in son günlərdə “Aisuru botnet” tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir.
Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.
Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir.
***
13:00
Hazırda kəsintilər nəticəsində Azərbaycanda da bir sıra saytlarda, bank tətbiqlərində problemlər müşahidə edilir.
Operativ Media xəbər verir ki, istifadəçilər tətbiqlərdə problem olduğunu bildirirlər.