Ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında yağıntılı hava şəraiti müşahidə olunub- FAKTİKİ HAVA
Operativ Media
Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında yağıntılı hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəran və Qəbələdə 5, Bakıda və Abşeron yarımadasında 3, Quba, Qusar, Qax və Şəkidə 2, Kəlbəcər, Göyçay, Zaqatala, Şahbuz, Oğuz, Altıağac, Sabirabad, Şirvan, Şamaxı, Şabran və Xaltanda 1 mm-dir.