Menyu

Yasamalda “Express Lounge” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Operativ Media
Yasamalda “Express Lounge” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 202A ünvanında yerləşən, fiziki şəxs Ağayev Fərid Qabil oğluna məxsus “Express Lounge” ictimai iaşə obyektində yoxlama keçirib.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Baxış zamanı ictimai iaşə obyektinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. Həmçinin yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi müəyyən olunub.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub, icrası məcburi göstərişlər verilib. İstehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

 

Fotogalereya

Əlaqəli Xəbərlər