Menyu

Bakıda evdən 12400 manat oğurlayan şəxs saxlanılıb

Operativ Media
Bakıda evdən 12400 manat oğurlayan şəxs saxlanılıb

Paytaxtın Xətai rayonunda evlərin birində talama cinayəti baş verib.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Zərərçəkən polisə müraciət edərək müxtəlif vaxtlarda yaşadığı evdən naməlum şəraitdə 12401 manatının oğurlanmasını bildirib.

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 31 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər