Menyu

Masallıda daha iki marketdə saxta alkoqollu içkilər aşkarlanıb

Operativ Media
Masallıda daha iki marketdə saxta alkoqollu içkilər aşkarlanıb

Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Əhmədov Pərviz Ədalət oğluna və Abbasov Fərhad Zeynalabdin oğluna məxsus marketlərdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Belə ki, marketlərdə “Gradus”, “Wheat Water”, “Документ”, “Сибирячка”, “Organic”, “Губернаторская”, “Мужское Достоинтсво” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Fotogalereya

Əlaqəli Xəbərlər