Menyu

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Operativ Media
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Dekabrın 16-da ölkə ərazisində qeydə alınan 22, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 329, o cümlədən borclu şəxs qismində axtarışda olan 305 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  
   
Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər