Türkiyə və Ermənistan arasında viza prosedurlarının sadələşdirilməsi barədə razılıq əldə olunub
Operativ Media
Türkiyə və Ermənistanın Normallaşma Prosesi üzrə Xüsusi Nümayəndələri arasında əldə olunan razılıq çərçivəsində iki ölkə arasında viza prosedurlarının sadələşdirilməsi qərara alınıb.
Operativ Media xəbər verir ki, razılaşmaya əsasən, 1 yanvar 2026-cı ildən etibarən diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza prosesi asanlaşdırılacaq və onlar ödənişsiz şəkildə e-viza ala biləcəklər.
Qeyd edilib ki, tərəflər bu qərarın qəbul olunması ilə Türkiyə və Ermənistan arasında normallaşma prosesinin heç bir ön şərt qoyulmadan və tam normallaşma hədəfi ilə davam etdirilməsinə dair öhdəliklərini bir daha təsdiqləyiblər.