“7 Gözəl” şadlıq evində nöqsanlar aşkar edilib
Şəfa Hüseynli
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, B.Sərdarov küçəsi ünvanında fəaliyyət göstərən sahibkar Quliyev Pərviz Əlayiq oğluna məxsus “7 Gözəl ” şadlıq evində yoxlama həyata keçirilib.
Operativ Media-ya bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı şadlıq evində etiket məlumatları olmayan qida məhsullarının istehlaka təqdim edildiyi, təmizləmə və dezinfeksiya işlərinin aparılmadığı, istifadə edilən suyun filtrdən keçmədiyi, çalışan işçilərin gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilib.
Nöqsanlarla bağlı sahibkar barəsində İnzibati Xəta haqqında Protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net